AZ

Ukrayna Lukaşenkoya qarşı sanksiya tətbiq etdi

Ukrayna lideri Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq olunduğunu bəyan edib.

Bu barədə Ukrayna prezidenti sosial şəbəkə hesabında məlumat verib.

"Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketi tətbiq etdi. Biz onun ukraynalıların qətlində hər cür köməyinə qarşı çıxmaq üçün səylərimizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik. Bunun qlobal təsirə malik olmasını təmin etmək üçün tərəfdaşlarımızla birlikdə çalışacağıq", - deyə Ukrayna lideri bildirib.
Seçilən
2
2
7news.az

3Mənbələr