AZ

C6 formatında inkişaf region ölkələrinin öz mövqelərini möhkəmləndirdiyini göstərir - Sultan Akimbekov

Bakı. Trend:

Son illərdə C5 formatının, indi isə C6 formatının fəal şəkildəinkişafı göstərir ki, region ölkələri güclənən geosiyasi rəqabətşəraitində hər hansı bir tərəfi seçmək niyyətində deyil, əksinə,onlar öz mövqelərini möhkəmləndirməyə can atırlar.

Trend xəbər verirki, bunu bu gün Qazaxıstanın Asiya Araşdırmalar İnstitutunundirektoru Sultan Akimbekov Bakıda keçirilən “C6: Vahid region,ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusundabeynəlxalq konfransda deyib.

“Geosiyasi ziddiyyətlərin getdikcə daha proqnozlaşdırılmazxarakter aldığı şəraitdə ümumi maraqlara malik olmaq, onlarımüdafiə etməyi bacarmaq və ən əsası, mövcud geosiyasi sarsıntılarfonunda yaranan imkanlardan istifadə etmək vacibdir. Bu, o cümlədənOrta Dəhliz çərçivəsində həm ölkəmizin, həm də Mərkəzi Asiya vəQafqazın digər dövlətlərinin təhlükəsizliyinə aid olan əsasməsələdir”, – deyə o bildirib.

Sultan Akimbekov vurğulayıb ki, C6 formatı nəqliyyatmarşrutlarının formalaşdırılması və inkişafı ilə bağlı proseslərininkişafının mümkün variantlarından biri kimi görünür.

“Söhbət yalnız mövcud infrastruktur imkanlarından istifadəetməkdən deyil, həm də yeni və səmərəli həllərin axtarışındangedir”, – deyə o, yekunlaşdırıb.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr