AZ

“İxracın səviyyəsini azaldan faktorlar bilavasitə enerji qiymətlərinin enməsi ilə, ixrac dövriyyəsinin azalması müşahidə edilir”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvarında Azərbaycan 11 milyon 441 min ABŞ dolları dəyərində 8 min 787 ton pambıq lifi ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 23,2 %, həcm baxımından isə 34,5 % çoxdur. Pambıq lifinin ixracı ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib. Yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 538 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 30,5 % azdır. Bunun 2 milyard 236 milyon dolları ixracın, 1 milyard 302 milyon dolları isə idxalın payına düşüb. Son Nəticədə 934 milyon dollarlıq müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 5,3 % azdır.Pambıq ixracı artsa da ümumi ixrac azalıb – bu riskdir, yoxsa fürsət?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ixracın azalması heç bir halda fürsət kimi qiymətləndirilməməlidir.

Eldəniz Əmirov

“Qeyd etmək istərdim ki, burada pambıq lifinin dəyəri ifadəsində 23 %-dən artıq, həcm ifadəsində 35 %-ə qədər artması onu göstərir ki, aqraq sektorda istehsal və ya satış kanalları hazırda normal işləyir. Eyni zamanda qeyri-neft sektoru üzrə məhz bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Burada qiymət effektindən daha çox həcmin artması müsbət rol oynayır: qiymət 20% artdığı halda, həcm 35%-ə qədər artıb. Buna görə də həm pambıqçılıq üzrə, həm də mikrosəviyyədə müsbət dinamikanın olduğunu qeyd etmək olar. Lakin xüsusi vurğulamaq lazımdır ki, bu, ümumi ixracın kiçik bir hissəsini təşkil edir. Yəni 0,5 %-lik bir artım onu deməyə əsas verir ki, makro səviyyədə prosesi biz analiz edəndə görürük ki, burada onun qeyri-neft sektoruna təsiri təəssüf ki, məhduddur.

Azərbaycan kontekstində bu məsələyə yanaşsaq, adətən ixracın səviyyəsini azaldan faktorlar bilavasitə enerji qiymətlərinin enməsi ilə, ixrac dövriyyəsinin azalması müşahidə edilir və nəticədə ixrac gəlirləri azalır. Həmçinin ümumi neft-qaz sektorunun baza effektinin dəyişməsi nəticədə ixracın azalması fonunda bir çox makroiqtisadi göstəricilərə təsir göstərir.

Digər bir məsələ bilavasitə həmin məhsullara dünyada enerji qiymətlərinin azalmasına səbəb olan faktordur. Ümumiyyətlə isə ixracın azalması heç bir halda fürsət kimi qiymətləndirilməməlidir. Əslində ixracın azalması bir çağırışdır. Həm də müəyyən qədər risk əsaslı, müəyyən həssaslıq yaradan faktordur. Yalnız fürsət olaraq qeyd edə bilərik ki, sanki bu situasiya qeyri-neft sektoruna diqqətin daha çox ayrılmasını zəruri edir”-deyə Eldəniz Əmirov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
bizimyol.info

1Mənbələr