AZ

Virtual Muzeydəki məlumatların təqribən 60 faizi Bakı Təşəbbüs Qrupu tərəfindən formalaşdırılıb

Bakı, 18 fevral, AZƏRTAC

Virtual Muzeyin məlumatlarının bir hissəsi yerli icmaların nümayəndələri və ekspertlər tərəfindən təqdim olunub. Digər təxminən 60 faizi isə Bakı Təşəbbüs Qrupunun üzvlərinin apardığı araşdırma və təhlillər əsasında formalaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov müstəmləkəçiliyə həsr olunmuş ilk Virtual Muzeyin təqdimatı zamanı söyləyib.

Növbəti aylarda bu statistikanın dəyişəcəyinə ümidvar olduğunu bildirən A.Abbasov deyib: “Biz yerli xalqlardan, eləcə də müstəmləkəçilik tarixi və dekolonizasiya sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərdən daha çox məlumat əldə edə biləcəyik. Bu platforma geniş əməkdaşlıq imkanları yaradır. Müxtəlif beyin mərkəzləri, beynəlxalq təşkilatlar və digər qlobal institutlarla sıx əməkdaşlıq edərək məlumat bazasını daha da zənginləşdirmək və onun elmi dəyərini artırmaq mümkün olacaq”.

Seçilən
68
azertag.az

1Mənbələr