AZ

23 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edib

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı yanvar ayında 23 046 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, onlardan 12 360-ı birbaşa, 10 686-ü isə elektron qaydada müraciət ediblər.

Ötən ay ərzində 5934 nəfərin Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı, 79 nəfərin isə vətəndaşlıq məsələləri ilə bağlı müraciəti qeydə alınıb.

Sözügedən dövrdə 586 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı DMX-yə müraciət ünvanlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
4
modern.az

6Mənbələr