AZ

Hamiləlikdə qrip və infeksiyalardan necə qorunmalı? – Səhiyyə Nazirliyi

Bakı. Trend:

Hamiləlik zamanı qadının immun sistemi aşağı olur. Sözsüz ki, buzaman hər bir virus və bakterial infeksiyaya qarşı həssaslıqyaranır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti Nigar Axundova açıqlayıb.

Onun sözlərinə görə virus infeksiyalar hamilə qadınlar üçüntəhlükəlidir:

“Bu zaman ciftin trombozu, mamalıq qanaxmaları, dölüninkişafının dayanması və ya erkən doğuşlar ola bilər. Bir çoxhallarda isə virus infeksiya süstgedişli və simptomsuz olsa da,döldə əsasən bətndaxili infeksiyalaşma və ona bağlı inkişafqüsurları, patoloji hallar yaranır. Hamilələr qripdən sonra bəzənyanlış olaraq müalicə həkiminə yox, ultrasəs müayinəsinə gedərəksularının bulanıq olacağından narahat olurlar. Lakin əsas bugöstərici deyil. Əsas olan həkimin tövsiyəsi ilə Doppler USM-si iləqan dövranının yoxlanılması və müəyyən qan testlərindənkeçməsidir”.

Mütəxəssis-ekspert qeyd edib ki, mövsüm qrip xəstəlikləri kəskinrespirator ağırlaşmalar verə bilər (bronxit, pnevmoniya) və buproses artıq dölə də mənfi təsirlər göstərə bilər:

“Qeyd edim ki, Səhiyyə Nazirliyi tərəfindən əhali arasındaprofilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün qripəleyhinə Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatları gətirilib. Ona görə hər bir qadınatövsiyəmiz odur ki, hamiləlik planlaşdırmadan öncə ölkəmizdəhazırda mövcüd olan qrip əleyhinə peyvənddən yararlansınlar. Hamiləqadınlara da bu tövsiyə olunur. Qonşu ölkələrdə (Rusiya,Qazaxıstanda, Türkiyə) bu praktika aparılır.

Bundan əlavə, sidik yollarının infeksiyaları barəsində də qeydetmək istəyərdim. Hər ay hamilə qadın mütləq şəkildə bu analizəfikir verməli, çünki simptomsuz bakteriya kimi bir patologiya var.Onu yalnız həkim sidik əkilməsindən sonra aşkar edə bilər. Bupatoloji haldır və dölə mənfi təsirlər göstərə bilər. Belə hallardahəkim uroloqlar da müalicəyə qoşulur və hamiləlik müddətində daimkontrol edilir”.

Seçilən
112
3
az.trend.az

4Mənbələr