Ayxan
Milli.Az
İsveçrənin Nestlé şirkətinin səhmləri uşaq süd qarışıqlarının bəzi partiyalarında zərərli bakteriyalarla çirklənmə qalmaqalı fonunda son 8 ilin minimumuna enib.
Milli.Az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
2022-ci ildəki pik göstərici ilə müqayisədə şirkətin səhmləri 38% ucuzlaşıb. Eyni dövrdə Nestlé-nin əsas rəqibləri olan Danone və Unilever şirkətlərinin səhmləri müvafiq olaraq 32% və 28% artıb. Agentliyin qeydinə görə, qalmaqal satışların azalması və istehsal xərclərinin artması ilə eyni vaxta təsadüf edib. Xüsusilə Putina, Nespresso və KitKat brendləri üzrə göstəricilər mənfi olub.
Daha əvvəl Nestlé 25 ölkədə SMA, BEBA və NAN daxil olmaqla bir neçə partiya uşaq qidasını tərkibində zərərli bakteriya və ürəkbulanma, qusma yarada bilən toksin ehtimalına görə geri çağırdığını açıqlayıb. Şirkət indiyədək geri çağırılan məhsullarla bağlı təsdiqlənmiş yoluxma halının qeydə alınmadığını bildirib.