ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.



YAP Nərimanov rayon təşkilatının rəhbərliyi ƏPT-nin sədri, partiyanın veteran üzvü, uzun illər partiyanın əməkdaşı olan Nizami Babaşovu 70 illik yubileyi münasibətilə təbrik edib.
Nərimanov Bələdiyyəsinin sədr müavini, YAP Nərimanov rayon təşkilatının “Ə.Rəcəbli 54” ünvanı üzrə Ərazi Partiya Təşkilatının (ƏPT) sədri Nizami Babaşovun 70 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir.
Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Bələdiyyənin və təşkilatın əməkdaşları iştirak ediblər.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirdi ki, Nizami Babaşov uzun illər üzv olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasında fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsl vətəndaşlıq nümunəsidir. Partiyanın veteran üzvü olan Nizami Babaşov nümunəvi, ləyaqətli, işgüzar, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı ziyalı, dünyagörüşülü, təcrübəli, xeyirxah ağsaqqal olmaqla yanaşı, həm də işlədiyi kollektivlərdə doğma partiyamıza sədaqətlə xidmət etmiş, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
E.Quliyev onu da qeyd etmişdir ki, Nizami Babaşov gənc nəslin ictimai-siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır. Onun partiya işlərində fəallığı rəhbərlik tərəfindən daim rəğbətlə qarşılanmışdır.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. O, N.Babaşovun Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiyini bildirib.
Göstərilən diqqətə və qayğıya görə Nizami Babaşov Yeni Azərbaycan Partiyasına və Nərimanov rayon təşkilatına öz dərin minnətdarlığını bildirmişdir. Yubliyar qeyd etmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.
Sonda Nizami Babaşova YAP Nərimanov rayon təşkilatı tərəfindən uzun illər göstərdiyi nümunəvi ictimai-siyasi fəaliyyətə görə Fəxri Fərman və xüsusi hədiyyə təqdim edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.