AZ

“Yeni dövrün çağırışlarına uyğun siyasət davam etdirilməlidir” Vahid Novruzov

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Xalqın gücü və azadlıqların reallaşması hər bir dövlətin inkişafının əsas göstəricilərindəndir. Bu gün artıq biz yalnız əldə olunmuş nəticələrlə kifayətlənməməli, gələcəyə baxış strategiyasını daha da gücləndirməliyik. Keçmişin təcrübəsindən nəticə çıxararaq gələcək hədəflərə doğru inamla irəliləmək vacibdir”. SİA xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı YAP Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri, iqtisad elmlər doktoru Vahid Novruzov səsləndirib.

O bildirib ki, 1990-cı illərin mürəkkəb və çətin siyasi şəraitində dövlətçiliyin qorunması və sabitliyin bərpası istiqamətində ciddi addımlar atılıb: “Məhz həmin dövrdə yaradılan Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin təmin olunmasında və dövlət quruculuğu prosesində mühüm rol oynayıb”.

Vahid Novruzov qeyd edib ki, partiyanın yaranması təşəbbüsü ilə çıxış edən ziyalılar və ictimai-siyasi xadimlər ölkənin gələcəyini düşünərək məsuliyyətli qərar veriblər: “2020-ci ildə keçirilən tədbirdə təşəbbüsçü ‘91-lər’in nümayəndələrinin iştirak etməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu, siyasi varisliyin və dövlətçilik ənənələrinin davamlılığının rəmzi idi”.

O vurğulayıb ki, hazırda əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, yeni dövrün çağırışlarına uyğun siyasəti davam etdirməkdir: “Dövlətçilik, milli birlik və gələcəyə inam prinsipləri hər zaman prioritet olaraq qalmalıdır”.

Sonda Vahid Novruzov tədbir iştirakçılarına təşəkkür edib və əminliyini ifadə edib ki, ölkəmizin inkişaf yolu bundan sonra da uğurla davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
sia.az

2Mənbələr