AZ

“Cenevrə danışıqlarında əsas məsələlər üzrə razılıq əldə olunmayıb” - Zelenski

“ABŞ-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən danışıqlarda Ukrayna ilə Rusiya arasında əsas məsələlər üzrə heç bir razılıq əldə olunmayıb”.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

"Müəyyən təməl işlərinin görüldüyünü deyə bilərik, amma hələlik mövqelər fərqlidir, çünki danışıqlar asan keçməyib", - deyə siyasətçi vurğulayıb.

Zelenski Ukraynanın şərqindəki işğal olunmuş ərazilərin taleyini və Rusiyanın nəzarətini ələ keçirdiyi Zaporojye atom elektrik stansiyasının gələcəyini sülh danışıqlarında həll olunmamış “həssas” məsələlər adlandırıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr