AZ

Medinski: Növbəti üçtərəfli görüş keçiriləcək

ain.az bildirir, Azvision portalına istinadən.

Bu sözləri Rusiya Prezidentinin köməkçisi, danışıqlarda Moskva heyətinin rəhbəri Vladimir Medinski görüşün yekununda jurnalistlərə açıqlama verərkən dilə gətirib. O bildirib ki, dünən ilk gündə isə müxtəlif formatlarda daha uzun müddət danışıqlar aparılıb: "Danışıqlar çətin, amma məhsuldar keçdi. Tezliklə yeni görüş baş tutacaq". Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Moskva və Kiyevin Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarının növbəti mərhələsi dünən və bu gün İsveçrənin Cenevrə şəhərində keçirilib. Görüşə Rusiyadan Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində, ABŞ-dən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərliyində heyətlər qoşulublar.

Peskov: "Mühüm qərar gözlənilmir"

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də canım qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
azvision.az

2Mənbələr