AZ

Ukraynada 250-dən çox rusiyalı idmançı həlak olub və ya yaralanıb

İdman naziri və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlar zamanı həlak olan və ya yaralanan rusiyalı idmançıların sayını açıqlayıb.

Herbiand.az bildirir ki, bu barədə “Çempionat” qəzeti məlumat yayıb.

İdman naziri bu rəqəmi ukraynalı skelet yarışçısı Vladislav Qeraskeviçin 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarında xüsusi hərbi əməliyatlar zamanı həlak olan ukraynalı idmançıların təsvir olunduğu dəbilqə ilə yarışmaq istəyinə münasibət bildirərkən qeyd edib.

“Bizim bu münaqişə zamanı Ukrayna silahlı qüvvələrinin bombaları nəticəsində 250-dən çox peşəkar idmançımız həlak olub və ya yaralanıb. İndi, necə? Nə qədər idmançının öldüyünü ölçməliyik?”, -  Deqtyarev bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
62
herbiand.az

1Mənbələr