AZ

Politoloq Yusif Bağırzadə: Ukrayna ilə Rusiya arasında sülh sazişindən danışmaq üçün hələ çox tezdir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Volodimir Zelenski bildirib ki, təzyiq altında əldə olunan “sürətli sülh” Ukrayna üçün nə ədalətli, nə də dayanıqlı həll sayıla bilər. O, Donbasdan geri çəkilməyin təkcə ərazi itkisi deyil, həm də siyasi və mənəvi kapitulyasiya anlamına gəldiyini vurğulayıb. Zelenskinin sözlərinə görə, real kompromisdən danışmaq üçün Moskvanın konkret güzəştləri görünməlidir. Əks halda, tələsik razılaşma sülh deyil, sadəcə daha ağır müharibənin təxirə salınması riski yaradır.

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna ilə Rusiya arasında sülh sazişindən hələ danışmaq tezdir, çünki tərəflər həm Rusiya, həm də Ukrayna tərəfi bu sülh sazişindən kənardadırlar.

“2022-ci ildə başlayan müharibədən öncə birinci anlaşmanın Minsk anlaşmasının təşəbbüskarı elə İsveçrənin özü olmuşdur. Bu dəfə Cenevrə görüşünə Putinin köməkçisi Vladimir Medinski gedir. Bu isə o deməkdir ki, bu sülh anlaşmasını uzatmaq fikrindədir. Medinski tarixçidir. İstanbul görüşündə də nümayəndə heyətinin rəhbəri Medinski idi. Ancaq öncəki görüşlərdə Rusiya nümayəndə heyətinin rəhbəri, QRU rəhbəri İqor Kostyikov olmuşdu. Medinskinin yenidən nümayəndə heyətinin rəhbəri təyin edilməsi o deməkdir ki, tərəflər arasında, anlaşmadan çox uzaqda olan bir proses baş verəcək. Zelenski qeyd edib ki, əgər Ukraynanın ziyanına olan hər hansı bir sülh müqaviləsindən söhbət gedirsə, yəni ziyanı hesabına sülh müqaviləsi bağlansa belə, bir müqavilə bizə lazım deyil”-deyə Yusif Bağırzadə qeyd edib.

Politoloqun fikrincə, ancaq Donald Trampa ABŞ-a bu müqavilə lazımdır: “Birinci ABŞ-la Rusiya arasında olan SNB (strateji nüvə silahlarının sayını məhdudlaşdıran) müqavilənin müddəti bu il fevral ayının 5-də bitib. Onu uzatmaq istəyir. İkincisi, bildiyiniz kimi, bu il payız aylarında Konqresə və Senata seçkilər olacaq.

Bu gün Trampın ABŞ-da reytinqi aşağıdır. 34-33 faizdir. Faktiki olaraq 430-a yaxın konqresmen, 30-a yaxın senator seçiləcək. Bu səbəbdən də, Tramp bu seçkiyə Ukrayna-Rusiya arasında olan sülh sazişi ilə getmək istəyir. Ancaq böyük ehtimalla Ukrayna bu sülh sazişinə ərazisinin itirilməsi ilə getməyəcək. O, çıxışında da bunu hiss etdirir, qeyd edir.

Münxen Təhlükəsizlik Şurasının 62-ci konfransının Avropa İttifaqının Ukrayna nümayəndə heyətinin görüşündə bu məsələ bir daha gündəmə gəlmişdi. Orada üç əsas prinsipial məsələ qeyd olunmuşdu. Bu, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və komissar Kaya Kallas tərəfindən Ukraynanın təhlükəsizliyi və Ukraynanın təhlükəsizlik təminatına ABŞ-ın təqdim etdiyi kimi 15-20 + 30 ilə keçirilməsi, eyni zamanda Ukraynada seçki keçiriləcəyi təqdirdə, atəşkəsə riayət olunması, (hansı ki, Rusiya tərəfi də nisbətən buna razılıq vermişdir), Ukraynanın Avropa İttifaqına üzvlük məsələləri müzakirə edilmişdir.

Yusif Bağırzadə vurğulayıb ki, yenə də Cenevrə görüşündə heç bir nəticə əldə olunmayacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
icma.az

1Mənbələr