AZ

Türkiyə dünyada ən çox serial ixrac edən ölkələr sırasında yer alır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İstanbul, 18 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyə dünyada ən çox serial ixrac edən ölkələr sırasında yer alır. Türkiyə serialları təxminən 170 ölkədə 1 milyarda yaxın insana çatdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəsinin bu sahə üzrə yeni strategiyasını açıqlayarkən bildirib.

O deyib ki, seriallar Türkiyənin tanıtım və turizm strategiyasının mərkəzində qərarlaşır, bu sektor 1 milyard dolları keçən ixrac gəliri ilə tarixi mərhələni geridə qoyub.

Nazir, eyni zamanda, serialların dünyada türk dilinin tanıdılması üçün ən güclü vasitə olduğunu ifadə edib.

Ersoy Türkiyənin serial sektoruna yeni dəstək modeli haqqında da məlumat verib. O, Türkiyənin ixrac edilən, tanıdılmasına töhfə verən və müəyyən olunmuş meyarlara cavab verən serialların hər bölümü üçün 100 min dollar ekvivalentinə qədər dəstək veriləcəyini açıqlayıb. Həmçinin dəstək hesablanarkən ölkədaxili yayım müddətinin əsas götürüləcəyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
6
azertag.az

7Mənbələr