AZ

Şamil Ayrım: Biz mədəniyyətimizə sahib çıxaraq gənclərimiz də düzgün istiqamət verməliyik

İstanbul, 18 fevral, Günel Karatepe, AZƏRTAC

İstanbulda keçirilən tarixi xalçaların sərgisi Azərbaycanın xalçaçılıq sənətinin tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Bunlar Azərbaycan mədəniyyətini, tarixini özündə əks etdirən XVII-XVII əsrlərə aid xalçalardır. Təbii ki, biz mədəniyyətimizə sahib çıxmaqla yanaşı, gələcəyim olan gənclərə də bu irsi qorumaq və yaşatmaq üçün onlara düzgün istiqamət verməliyik. Gənclərimiz toxuculuq sənətini, onun tarixini, keçdiyi mərhələləri bilməlidirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbulda Azərbaycanın XVII-XVIII əsrlərə aid saray xalçalarının sərgisinin açılış mərasimində iştirak edən Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Əsas hədəfin xalçaçılıq sənətinin daha böyük bir muzey vasitəsilə dünyaya çatdırılması olduğunu bildirən deputat deyib: “Muzeyimizi bölgənin ən güclü dövlətlərindən biri olan Türkiyədə qurmaq istəyirik. Burada Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik səviyyəsinə çatan münasibətləri də xüsusi vurğulamalıyıq. Türkiyədə belə bir muzeyin yaradılması həm islam coğrafiyası, həm də türkdilli dövlətlərdə böyük maraq yaradacağını düşünürük. Təbii ki, bu bir anda olacaq iş deyil. Muzeyin yaradılmasına doğru addım-addım irəliləyəcəyik. Bu sərgidə nümayiş etdirilən xalçaların sahibi Əmir Oskouein irəli sürdüyü bu layihəni Türkiyənin Mədəniyyət və Turizm Nazirıiyinin aidiyyəti qurumlarına çatdırmışıq və müsbət qarşılanıb. Bundan sonrakı prosesi yaxından izləyəcəyik. Burada vacib olan tariximizə, mədəniyyətimizə sahib çıxmaqdır. Əmir kimi insanlar bu işi təkcə zövq üçün etmirlər, onlar hər naxışın, hər ilmənin mənasını da dərindən öyrənib, bizə çatdırırlar”.

 

Seçilən
81
3
azertag.az

4Mənbələr