Avropada yeni müdafiə sistemi qurulacaqsa, Türkiyəsiz bu, yetərli olmaz.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Avropanın müdafiə və təhlükəsizlik mexanizmlərinə Türkiyənin daxil edilməsinin vaxtı çoxdan çatıb.
“İllərdir bildiririk ki, ölkəmiz Avropa İttifaqına mühüm töhfələr verə bilər və Avropanın müdafiə-təhlükəsizlik mexanizmlərinə Türkiyənin daxil edilməsinin vaxtı çoxdan çatıb. Dünya sürətlə dəyişir. Türkiyəni kənarda saxlamaq məntiqli deyil. Avropada yeni müdafiə sistemi qurulacaqsa, bunun Türkiyəsiz yetərli olmayacağı aydındır. Türkiyə ordusu NATO-nun ən güclü ordularındandır və biz təkcə masa arxasında deyil, sahədə də gücünü göstərən ölkəyik. Türkiyəsiz Avropada dayanıqlı təhlükəsizlik sistemi mümkün deyil. Diplomatiya qapısı açıq olduğu müddətcə ümid var. Biz də bu ümidi qorumağa və gücləndirməyə davam edəcəyik”, - Ərdoğan bildirib.