AZ

Autizmli uşağa şiddət göstərdiyi deyilən mərkəz rəhbəri DANIŞDI

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Bakının Əsəd Əhmədov küçəsində yerləşən “Play Garden” Uşaq-əyləncə mərkəzində autizmli uşağa qarşı zorakı davranış edildiyi iddia olunur. 

Şikayət edən valideyn bildirib ki, hadisə dünən axşam saatlarında, 77 nömrəli avtobusun son dayanacağı istiqamətində yerləşən mərkəzdə baş verib. 10 yaşlı autizmli oğlu oyun zalında olarkən özünü mərkəzin sahibi kimi təqdim edən şəxs uşağa qarşı kobud davranıb və onu zaldan çıxarmağa çalışıb. 

Həmin şəxs uşağı sürüyərək qapıya doğru aparıb və bu zaman alçaldıcı ifadələr işlədib.

Valideynin sözlərinə görə, obyekt nümayəndəsi “bu cür uşaqları evdə saxlamaq lazımdır”, “mənim obyektimə belə uşağın girməsi qadağandır” kimi ifadələr səsləndirib. 

Şikayətçi qeyd edib ki, müdaxilə etsə də, qarşı tərəf Azərbaycan qanunlarına istehza ilə yanaşıb və “kimə istəyirsən, şikayət et!” deyə cavab verib. Hadisədən sonra uşağın psixoloji travma aldığı qeyd olunur.

Məsələ ilə bağlı  “Cebheinfo.az”-a açıqlamasında “Play Garden”nin rəhbəri  Mahmud Bayhan bildirib ki, məhkəməyə müraciət edəcək:

“Sözügedən uşaq əyləncə mərkəzimizə bundan əvvəl də 3–4 dəfə gəlib. Uşağın autizmli olduğunu bilirik, lakin o, digər uşaqlardan fərqli olaraq həddindən artıq hərəkətli və idarə olunması çətindir. Hadisə günü uşaq anası ilə birlikdə mərkəzə daxil oldu, qapı açılan kimi qaçmağa başladı. Anası da “tez tutun” deyə səsləndi. 

Mən uşağı saxladım, lakin anası dərhal “buraxın uşağı” dedi və mən də dərhal onu buraxdım.Mərkəzdə uşaqların oyun sahəsinə ayaqqabı ilə daxil olması qaydalara ziddir. Həmin uşaq ayaqqabı ilə içəri girsə də, biz problem yaratmadıq və anlayış göstərdik. Daha sonra uşaq əyləncə avadanlıqlarına zərər vurmağa başladı. Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, ətrafa ciddi ziyan vururdu və digər uşaqlara da mane olurdu”. 

O qeyd edib ki, bu səbəbdən anasına müraciət edərək xahiş uşağa nəzarət etməsini istəyib:

“Anası isə buna etiraz edərək bildirdi ki, ödəniş edib və uşağın oynamaq haqqı var. Biz izah etdik ki, məsələ ödəniş deyil, əsas məsələ həm uşağın təhlükəsizliyi, həm də digər uşaqların rahat və təhlükəsiz şəkildə oynamasıdır.

Amma qadın bizdən şikayət edəcəyini bildirərək, mərkəzdən uzaqlaşdı. Buna orda olan digər valideynlərdə şahiddir. Hazırda mərkəzimizə autizmli daha 3 uşaq da gəlir və onların valideynləri ilə indiyədək heç bir problem yaşanmayıb. Hər bir uşağa həssas və anlayışla yanaşırıq”.

Gülər

“Cebheinfo.az”

Açar sözlər:

Autizmli uşaq mərkəz rəhbəri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr