AZ

İsrail təkbaşına da olsa, İranı vuracaq AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən gün Cenevrədə İran-ABŞ danışıqlarının ikinci mərhələsi keçirilib. Daha sonra İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Tərksilah üzrə Konfransında çıxışı zamanı bildirib ki, İranla ABŞ arasında növbəti dolayı danışıqlar raundu nəticəsində yaxşı irəliləyiş əldə olunub və atmosfer əvvəlki görüşlərlə müqayisədə daha konstruktiv olub. O, qeyd edib ki, tərəflər ümumilikdə bir sıra baza prinsiplərini razılaşdırıblar və mümkün sazişin mətni üzərində işləməyə başlamaq niyyətindədirlər.

Tərəflər arasında razılaşma gözlənilirmi?

Redaktor.az-a açıqlama verən politoloq Azər Qasımov bildirdi ki, İran-ABŞ danışıqlarının nəticə verəcəyi ehtimalı sıfıra bərabər:

"Tərəflərin “yaxşı irəliləyiş” adlandırdıqları məsələ növbəti danışıqlar raundunun razılaşdırılmasıdır. ABŞ tərəfindən, dolayısı ilə İsrail tərəfindən irəli sürülən şərtlərin razılaşdırılması barəsində isə heç bir irəliləyiş yoxdur. Tərəflər sadəcə vaxt udmaqla məşğuldurlar. ABŞ İran tərəfini hansısa məqbul şərtlərlə razı sala bilsə belə, bu, İsraili qane etməyəcək. İsrail təkbaşına da olsa, İranı vuracaq. İran rejimi isə sadəcə hədə-qorxu gəlməklə məşğuldur".

Müsahibimiz vurğuladı ki, İranın hərbi gücü bir sıra media nümayəndələri tərəfindən şişirdilir:

"12 günlük müharibə dövründə İran hərbi rəhbərliyinin ilk dəqiqələrdə məhv edilməsi, hava məkanının ələ alınması onu göstərdi ki, İranın raket hücumlarının qarşısı alınsa – hansı ki, ABŞ bunun üçün tədbirlər görür – o zaman rejimin süquta uğraması qısa müddət çəkəcək.

Hesab edirəm ki, İran rejimi öz xalqına qarşı törətdiyi son vəhşiliklərdən sonra legitimliyini itirib. İran xalqı molla rejiminin saxta din anlayışından bezib. Dində məcburiyyət olmadığı halda, öz xalqını fanatik din anlayışına məcbur etmək rejimin ömrünü uzatmağa çalışmaqdan başqa bir şey deyil. Odur ki, İran rejiminin getməsi təkcə İran xalqına yox, bütün Yaxın Şərqə sabitlik gətirəcək".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
redaktor.az

2Mənbələr