AZ

Türkiyədə LGBT-ni təbliğ edənlər həbs oluna bilər – Azərbaycanda da olacaq?

Türkiyədə LGBT ilə bağlı hazırlanan yeni qanun layihəsi sosial medianın Azərbaycan seqmentində də müzakirələrə səbəb olub. Belə ki, sənəddə LGBT-ni açıq şəkildə təşviq və ya təbliğ edən şəxslər üçün 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulur. Bundan əvvəl Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də oxşar mövzuda həyəcan təbili çalmışdı. İddialara görə, LGBT-nin təbliğatı Azərbaycanda da təhlükəli səviyyəyə çatıb və ölkəmizdə də oxşar qanuna ehtiyac var. Lakin bu istiqamətdə fikirlər birmənalı deyil.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, LGBT ilə əlaqəli proseslərdə ilk növbədə maarifləndirməyə üstünlük verilməlidir:

“Çünki qadağalar problemi həll etmir, sadəcə onu müvəqqəti olaraq gizlədir və ya dondurur. Əsas məqsəd insanlara ailə və əxlaqi dəyərlərin önəmini aşılamaq, məsuliyyət hissini gücləndirmək və cəmiyyət üçün qəbul edilən normal davranış modelini təşviq etmək olmalıdır. Qadağalar tətbiq olunsa belə, insanlar alternativ yollarla bu fəaliyyəti davam etdirə bilirlər. Bu baxımdan təkcə inzibati məhdudiyyətlərlə nəticə əldə etmək mümkün deyil. Daha real və davamlı nəticə üçün təbliğat tədbirləri gücləndirilməlidir”.

Deputat bildirib ki, qanunvericilik çərçivəsində, xüsusilə rəsmi platformalarda bu istiqamətdə sistemli iş aparmaq mümkündür:

“Qeyri-rəsmi və xarici mənbəli platformalarda tam nəzarət mexanizmləri məhdud olduğundan, bütün internet məkanını məhdudlaşdırmaq real görünmür. Bu səbəbdən prioritet maarifləndirmə olmalı, cəmiyyətə müəyyən davranış modellərinin mümkün sosial və mənəvi təsirləri izah edilməlidir. Hətta bu istiqamətdə məlumatlandırma işinə orta məktəb mərhələsindən başlamaq daha məqsədəuyğun hesab edilə bilər”.

Seçilən
34
1
konkret.az

2Mənbələr