AZ

Həbsdə olan klub prezidentinin daha bir dələduzluğu üzəÇIXDI

Ötən il həbs edilən "Füzuli" futbol klubunun prezidenti Rauf Quliyev yenidən məhkəməyə verilib.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, buna səbəb sabiq klub prezidentinin adının daha bir dələduzluq əməlində hallanması ilə bağlıdır.

İddiaçı izahatında bildirib ki, 2024-cü ilin mart ayında "TikTok" sosial şəbəkəsində ev axtararkən özünü Elnur kimi təqdim edən şəxsin mənzil fotoşəkilləri paylaşdığını görüb. Elnur hazırda həmin ərazidəki torpağın Elçin adlı şəxsə məxsus olduğunu bildirib. İddiaçı evi almaq məqsədilə Elnurun dediyi yerdə görüşərək Ceyhun Fəttahov və Rauf Quliyevin ofisinə yaxınlaşıblar.

Söhbət zamanı Rauf Quliyev iddiaçıya "Füzuli" futbol klubunun prezidenti olduğunu, zəngin və tanınmış şəxs olduğunu, telekanallarda daima çıxış edən şəxs olduğunu deyərək onun etimadını qazanıb.

Saatlı Rayon Məhkəməsinin son qərarı ilə sözügedən dələduzluq halı ilə bağlı Rauf Quliyevdən 17 500, Ceyhun Fəttahovdan isə 2 500 manat vəsaitin alınaraq iddiaçıya verilməsinə qərar verilib.

Seçilən
35
10
redaktor.az

10Mənbələr