AZ

İran, Rusiya və Çin hərbi təlim keçirəcək

İran, Rusiya və Çin cümə axşamı Umman dənizi və Hind okeanının şimal hissəsində birgə hərbi təlim keçirəcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hər il İran, Rusiya və Çin arasında təşkil olunan “Dəniz Təhlükəsizliyi Kəməri” adlı təlim bu il də qeyd olunan akvatoriyada icra ediləcək.

Təlimdə İranın İnqilab Keşikçiləri Ordusunun Hərbi Dəniz Qüvvələri, eləcə də Çin və Rusiya hərbi-dəniz qüvvələri iştirak edəcək.

“Dəniz Təhlükəsizliyi Kəməri” təliminin sözçüsü kontr-admiral Həsən Məqsudlu bildirib ki, əsas məqsəd Umman dənizi və Hind okeanının şimalında təhlükəsizliyin gücləndirilməsi, həmçinin dayanıqlı dəniz əməkdaşlığının inkişaf etdirilməsidir.

Seçilən
31
manset.az

1Mənbələr