AZ

“Türkiyə İsrail üçün təhlükəli rəqibdir, göz yuma bilmərik” - Sabiq Baş nazir

“Türkiyə İrandan daha təhlükəli rəqibdir”.

Missiya.Az xəbər verir ki, bunu İsrailin keçmiş Baş naziri Naftali Bennet deyib.

O bildirib ki, Türkiyənin müdafiə sənayesindəki uğurları, regionda güclənməsi və Qəzza ilə bağlı tədbirlər görməkdə aktiv rolu İsraildə narahatlıq yaradır.

Bennett Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhlükəli rəqib adlandırıb və bildirib ki, Ankaranın Səudiyyə Ərəbistanı və Pakistanla münasibətləri risklidir:

"Sizi xəbərdar edirəm: Türkiyə yeni İrandır. Ərdoğan İsraili mühasirəyə almaq istəyən təhlükəli rəqibdir. Bir daha gözlərimizi yummamalıyıq", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr