AZ

30 avtomobilin iştirakı ilə zərcirvari qəza baş verdi

ABŞ-nin Kolorado ştatında qum fırtınasının görmə məsafəsini kəskin azaltması nəticəsində 30-dan artıq nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı azı 4 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb.

Kolorado polisi tərəfindən verilən məlumata görə, hadisə yerli vaxtla saat 10:00 radələrində Pueblo şəhəri yaxınlığında yerləşən I-25 avtomobil yolunda qeydə alınıb. Güclü qum fırtınası səbəbindən sürücülər yolu seçməkdə çətinlik çəkiblər. Qəzaya iri yük maşınları, pikap tipli avtomobillər, yolsuzluq avtomobilləri və minik maşınları da daxil olub.

Zəncirvari toqquşma nəticəsində bəzi avtomobillər yol kənarına çıxıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
manset.az

1Mənbələr