AZ

ABŞ vitse-prezidenti: Tehranla danışıqlara getməsə hərbi güc yolu seçiləcək

Tehranla danışıqlar çıxılmaz vəziyyətə düşərsə, Vaşinqton hərbi güc tətbiq etmək hüququnu özündə saxlayır.  Bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens Fox News-a müsahibəsində deyib. 

Vitse-prezident Vens qeyd edib ki, ABŞ-ın əsas məqsədi Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almaqdır. Onun sözlərinə görə, İranın nüvə silahı əldə etməsi regionda nəzarətsiz silahlanma yarışına səbəb ola bilər və bir çox ölkələr də nüvə silahı əldə etmək istəyəcək.

Vens həmçinin bildirib ki, Vaşinqton məsələnin həllini dialoq və danışıqlar yolu ilə görür. Fevralın 6-da Omanın paytaxtında və 17-də İsveçrənin Cenevrə şəhərində ABŞ və İran arasında dolayı danışıqların ilk və ikinci raundu keçirilib. Danışıqlarda bəzi tərəflərin qırmızı xətləri hələ razılaşdırılmayıb.

“Biz işləməyə davam edəcəyik, amma prezident diplomatiyanın nəticəsinə çatdığına inandığı zaman hərbi variantdan istifadə hüququna malikdir. Ümid edirik ki, bu baş verməyəcək”, –  Vens vurğulayıb.

Aytac 

Seçilən
1
anews.az

1Mənbələr