ABŞ-nin Kaliforniya ştatındakı Taho gölü yaxınlığında baş verən qar uçqunu nəticəsində on xizəkçi itkin düşüb, daha altısı isə ilişib qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, qar uçqunu məşhur xizək sürmə məkanı olan Taho gölünün şimal-qərbindəki Kasl Pik bölgəsindəki Truki şəhəri yaxınlığında baş verib. Daha sonra on xizəkçinin itkin düşdüyü, daha altısının isə xilasetmə gözləyərkən ilişib qaldığı bildirilib.
Qeyd olunur ki, Kasl Pik ərazisinin yaxınlığında yerləşən xizək kurortuna təxminən 75 sm qar yağıb.