Bakı. Trend:
Mərkəzi Asiyanın Çin və ya Hindistanın istehsal meydançalarınabənzər məkana çevrilmək potensialı var.
Trend xəbər verirki, bunu Qazaxıstan Respublikası Prezidenti yanında MilliQurultyatın üzvü Talqat Kaliyev Bakıda keçirilən “C6: Vahid region,ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusundabeynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiyanın öz nadir torpaq resurslarımövcuddur, insan kapitalının səviyyəsi yüksəkdir və əmək resurslarıAvropa İttifaqı ilə müqayisədə daha ucuzdur.
“Biz bunun müqabilində texnologiyalar cəlb edə və tədricəntamamilə yeni səviyyədə öz istehsal güclərimizi inkişaf etdirəbilərik. Paralel olaraq, öz təhlükəsizliyimizi və müdafiəqabiliyyətimizi inkişaf etdirmək bizim üçün son dərəcə vacibdir”, –deyə o qeyd edib.
Bundan əlavə, Kaliyev resurs məsələlərində Avropa İttifaqı vəABŞ ilə danışıqlarda əlaqələndirilmiş fəaliyyətin zəruriliyinivurğulayıb.
“Bu gün biz unikal mövqedəyik: biz sadəcə xammal satmaqlakifayətlənməyib, resursları texnologiyalar müqabilində təmin edəbilərik. Bu isə istehsal və texnoloji bazamızı ardıcıl şəkildəgenişləndirməyə və insan kapitalının səviyyəsini artırmağa imkanverəcək”, – deyə o əlavə edib.