AZ

Zelenski komandasına Putinlə görüş təşkil etməyi tapşırıb - KİV

Ukrayna Prezidenti Volodimir Zelenski komandasına Rusiya dövlət başçısı Vladimir Putinlə Cenevrədə görüş təşkil etməyi tapşırıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Ukrayna liderinin sözlərinə görə, ərazi məsələsində irəliləyişə nail olmağın ən yaxşı yolu Putinlə şəxsi görüşdür.

Zelenskinin qoşunların çıxarılması məsələsini müzakirə etməyə hazır olduğu bildirilir, lakin Moskvanı qoşunlarını eyni məsafəyə çəkməyə çağırıb və Rusiyanın ərazi üzərində suverenlik iddialarını rədd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr