AZ

Ağdamda “Xankəndi sosial iş qış məktəbi” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ağdam Sosial Xidmət Mərkəzində tələbələrin iştirakı ilə maarifləndirici görüş təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş Azərbaycan Universitetinin “Sossfera” Sosial İnkişaf Klubunun “Xankəndi sosial iş qış məktəbi” layihəsi çərçivəsində keçirilib.

Tədbir zamanı sosial iş ixtisası üzrə təhsil alan tələbələr Ağdam Sosial Xidmət Mərkəzinin fəaliyyət istiqamətləri, göstərilən sosial xidmətlər, eləcə də həssas əhali qruplarından olan şəxslərlə aparılan iş mexanizmi ilə tanış olublar. Mütəxəssislər tələbələrlə fikir mübadiləsi aparıblar və onları maraqlandıran sualları cavablandırıblar.

Tədbir tələbələrin sosial iş sahəsində bilik və təcrübələrinin artırılmasına dəstək və müvafiq sahədə peşəkar kadr hazırlığını gücləndirmək məqsədi daşıyıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
azertag.az

1Mənbələr