AZ

“Rosatom” böyük müqaviləni ləğv edib

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, “Reuters” və “Politico” nəşrləri belə məlumat yayıblar. “Rosatom” isə artıq “Siemens” şirkətinin avadanlıqlarının dəyişdirilməsi variantlarını nəzərdən keçirildiyini bildirib. Rusiyanın dövlət konserninin məlumatına görə, Macarıstan AES-də iki yeni enerji blokunun idarəetmə elektronikasının təminatı üzrə “Siemens Energy” ilə müqavilə 2025-ci ilin sonunda Almaniya şirkəti müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün ləğv olunub. “Siemens Energy” isə, öz növbəsində, müqavilənin ləğvi zamanı tədarükün mümkün olduğunu bildirsə də, müştərinin bundan imtina etdiyini vurğulayıb. Alman şirkəti “milli və beynəlxalq hüquq normalarına uyğun olaraq müqavilə öhdəliklərini yerinə yetirdiyini” bildirib.

“Siemens Energy” Fransanın “Framatome” nüvə şirkəti ilə birlikdə 2019 və 2020-ci illərdə “Pakş-2” layihəsində nəzarət elektronikası tədarükü üçün “Rosatom” ilə müqavilələr imzalayıb. Eyni zamanda, Rusiya və Macarıstan 2014-cü ildə “Pakş” AES-də 5 və 6 nömrəli iki yeni enerji blokunun (“Pakş-2”) tikintisinə dair sənədlər imzalayıblar. Onların istismara verilməsi 2030-cu illərin əvvəllərinə planlaşdırılır. 2025-ci ilin noyabrında Vaşinqtonun “Pakş” AES-də yeni enerji bloklarının tikintisi ilə bağlı “Rosatom”u sanksiyalardan azad etdiyi açıqlandı. ABŞ dövlət katibi Marko Rubio bunu onunla izah edib ki, Macarıstanın enerji müstəqilliyinə nail olması üçün elektrik stansiyası “tamamlanmalıdır”. Rusiyanın iştirakı ilə “Pakş” AES-nin genişləndirilməsinə qarşı sanksiyalar 2024-cü ilin noyabrında ABŞ prezidenti demokrat Co Baydenin administrasiyası tərəfindən tətbiq edilmişdi. Ötən il iyunun 29-da isə Macarıstanın xarici işlər naziri Peter Siyyarto respublikaçı Donald Trampın administrasiyasının bu məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
azvision.az

1Mənbələr