AZ

Xam nefti ən baha və ən ucuz qiymətə hansı ölkələrə satırıq? Tam siyahı

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar ayı ərzində Azərbaycan xarici ölkələrə 2 milyon 642 min 930,94 ton xam neft və xam neft məhsulları ixrac edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan xam neftin gömrük dəyəri 1 milyard 238 milyon 82 min dollar olub.

Açıqlanan rəqəmlər göstərir ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu orta hesabla 468 dollara satıb.

Xam nefti ən baha qiymətə Tunisə (482 dollar), ən ucuz qiymətə isə İndoneziyaya (464 dollar) ixrac etmişik.

2026-cı ilin yanvar ayında xarici ölkələrə satılan neftin miqdarı və 1 ton üzrə qiyməti ölkələr üzrə belədir:

İtaliya – 1 847 915,54 ton (466 dollar);

Rumıniya – 197 053,85 ton (475 dollar);

Portuqaliya – 93 590,26 ton (474 dollar);

Almaniya – 91 294,06 ton (474 dollar);

Xorvatiya – 86 166,17 ton (474 dollar);

Çexiya – 82 403,50 ton (467 dollar);

Bolqarıstan – 78 494,85 ton (477 dollar);

Tunis – 61 269,98 ton (482 dollar);

Türkiyə – 41 761,71 ton (468 dollar);

İndoneziya – 38 554,41 ton (464 dollar);

Yunanıstan – 24 426,62 ton (474 dollar).Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu orta hesabla 550 dollara satıb. Ötən ilin yanvar ayında xam nefti ən baha qiymətə Rumıniyaya (568 dollar), ən ucuz qiymətə isə Türkiyəyə (489 dollar) satmışıq.

2025-ci ilin yanvar ayında xarici ölkələrə satılan neftin miqdarı və 1 ton üzrə qiyməti ölkələr üzrə belə olub:

İtaliya – 1 687 729,60 ton (553 dollar);

Almaniya – 409 959,01 ton (545 dollar);

Çexiya – 364 669,21 ton (555 dollar);

Xorvatiya – 338 948,76 ton (555 dollar);

Portuqaliya – 215 986,35 ton (505 dollar);

Rumıniya – 184 525,33 ton (568 dollar);

Böyük Britaniya – 130 604,90 ton (562 dollar);

Yunanıstan – 94 445,69 ton (557 dollar);

İrlandiya – 25 316,45 ton (491 dollar);

Türkiyə – 8 641,65 ton (489 dollar).Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
2
yeniavaz.com

3Mənbələr