AZ

Albaniyada turizm sektoru 2025 ci ili rekord göstəricilərlə başa vurub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 18 fevral, AZƏRTAC

Albaniyada turizm sektoru 2025-ci ili rekord göstəricilərlə başa vurub.

AZƏRTAC Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, təkcə dekabrda ölkəyə gələn turistlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz, gecələmələrin sayı isə 26,2 faiz artıb. Dekabr ayında Albaniyaya gələn xarici turistlər arasında ilk yeri italiyalılar (25 faiz) tutub.

Ümumilikdə isə 2025-ci il ərzində Albaniya 12 milyondan çox xarici turisti qəbul edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
4
azertag.az

5Mənbələr