AZ

"Vinisiusa görə meydanı tərk etmək istəyirdik" - "Real"ın ulduzu

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real Madrid"in yarımmüdafiəçisi Aurelien Tçuameni "Benfika" üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdə komanda yoldaşı Vinisius Juniorla bağlı insidentdən danışıb. 

Fanat.Az xəbər verir ki, o, rəqib oyunçu Canluka Prestiannini irqçilikdə ittiham edib.

"SoFoot" Tçuameninin dediklərini belə çatdırıb: 

"Hamımız Vinini dəstəkləyirik. "Benfika"nın oyunçusu baş verənləri bizə etiraf etdi. Əvvəlcə meydanı tərk etməyi düşünürdük və bunu birlikdə müzakirə etdik. Amma qalib gəlmək şansımız olsun deyə, bundan imtina etdik. Nəticədə, bu qələbə haqlı olaraq bizim idi". 

50-ci dəqiqədə Vinisius matçda yeganə qolu vurub və daha sonra künc bayrağının yanında qolunu təxribatçı şəkildə qeyd edib. Daha sonra o, hakimə həmin anda Canluka Prestianni tərəfindən irqçi təhqirlərə məruz qaldığını bildirib. Braziliyalı futbolçu "Benfika"nın oyunçusunun onu "meymun" adlandırdığını iddia edib.

"Real Madrid" və "Benfika" arasında cavab oyunu fevralın 25-də İspaniyanın "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Seçilən
12
fanat.az

1Mənbələr