AZ

Moskva sakinləri kütləvi şəkildə siqareti atırlar - SƏBƏB

Moskvalılar şaxtalı havaya görə kütləvi şəkildə siqaretdən imtina edirlər. Rusiya paytaxtının sakinləri cəmi bir neçə dəqiqə siqaret çəkmək üçün qalın geyinib küçəyə çıxmaqdan beziblər.

SHOT-a danışan mütəxəssislərin sözlərinə görə, yanvar ayından Moskvada hökm sürən soyuqlar bir çox insanı zərərli vərdişdən uzaqlaşdırıb. Siqaret çəkənlər soyuqlamaqdan qorxaraq tütündən imtina edirlər. Bəziləri isə sadəcə gödəkçə və papaq geyinməyə ərinir.

Həkimlər bildirirlər ki, soyuq hava ilə tütün tüstüsünün birləşməsi qan damarlarının daralmasına və ətrafların donmasına səbəb ola bilər. Piroqov Universitetinin hospital terapiyası kafedrasının dosenti Olqa Brodskaya deyib ki, soyuqda siqaret çəkmək tənəffüs yollarındakı kirpikli hüceyrələrə də zərər verə bilər. Aşağı temperatur və tütün tüstüsü onların normal fəaliyyətini pozur.

Bundan əlavə, kəskin respirator virus infeksiyaları (KRVİ), bronxit, tənəffüs yolları infeksiyaları və digər xəstəliklərə yoluxma riski artır. Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərdə isə stenokardiya tutmasının yaranma ehtimalı yüksəlir.

Seçilən
73
1
olke.az

2Mənbələr