AZ

O, yenidən Yaponiya Baş naziri seçildi

Yazını böyüt
Yazını kiçilt

Yaponiya parlamentinin Nümayəndələr Palatasında keçirilən seçkidə hakim Liberal Demokrat Partiyasının (LDP) sədri xanım Takaiçi Sanae yenidən ölkənin Baş naziri vəzifəsinə seçilib.

Hafta.az xəbər verir ki, növbəti mərhələdə parlamentin yuxarı palatası Sanae Takaiçini Baş nazir vəzifəsinə təsdiqləməlidir.

Qeyd edək ki, Yaponiyada növbədənkənar parlament seçkisində xanım Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiya bloku Nümayəndələr Palatasında çoxluq qazanıb. LDP tarixi rekord nəticə göstərərək palatadakı 465 yerdən 316-nı qazanıb. Onun koalisiya tərəfdaşı olan İnnovasiya Partiyası isə 36 mandat əldə edib.

Qələbə Baş nazir Sanae Takaiçiyə Konstitusiya dəyişiklikləri də daxil olmaqla, siyasi təşəbbüslərini irəli aparmaq üçün geniş imkanlar yaradır.

Seçilən
23
2
hafta.az

3Mənbələr