AZ

???ə?????????ı ?İ ?????????? ????????ı?ı? ???? ?ə??ə? ?ə??? ??????: ?ü?? ??????? ??????? ???? ?ə ??????? ????!

ain.az bildirir, Newscenter.az portalına istinadən.

Avropa İttifaqı Ermənistandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib. Missiyanın yeni rəhbəri, Mark Ritterin yerinə keçmiş , finlandiyalı polis əməkdaşı Satu Koivu təyin olunub.Bu təyinat Azərbaycanla Ermənistan arasında olan pozitiv dinamika fonunda baş verib. ABŞ-ın vitse-prezidenti Vensin Ermənistana və Azərbaycana son səfərini xatırlatmaq istərdim. Səfər, o cümlədən, sürətlə irəliləyən sülh gündəliyinə həsr olunmuşdu. Bir neçə gün əvvəl Azərbaycan QHT-lərinin nümayəndə heyəti Ermənistana səfər edib və formal olaraq quru sərhədini adi vətəndaşlar kimi keçib. Azərbaycandan Ermənistana ticarət və tranzit imkanlarının genişlənməsi davam edir.Prezident İlham Əliyev Münhendə bildirib ki, sülh müqaviləsinin imzalanmasına yeganə maneə 1990-cı illərə aid Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Açıq mənbələrə görə, Ermənistan hökuməti həmin konstitusiyaya dəyişiklik etməyə hazırlaşır.Yəni söhbət tam və müsbət bir sülh prosesindən gedir. Belə olan halda, Avropa İttifaqı Ermənistan və Azərbaycanın nəhayət 30 illik münaqişəni geridə qoymasından məmnunluğunu ifadə etməli, sərhəd missiyasını bağlamalı və fəaliyyətini dayandırmalıdır. Çünki artıq buna ehtiyac yoxdur və onun mövcudluğu relikt və anaxronizm təsiri bağışlayır.Üstəlik, Avropa İttifaqı münaqişənin həllində heç bir müsbət rol oynamayıb. Bu baxımdan, missiya Aİ-nin tez bir zamanda unutmaq istəyə biləcəyi bir tarix səhifəsinə çevrilməlidir.Lakin bu baş vermir. Əksinə, yeni rəhbər təyin olunur. Missiya ilə bağlı suala cavab olaraq artıq sabiq rəhbər Ritter bildirib ki, 2027-ci ildən sonrakı müddətin uzadılması məsələsi müzakirə mərhələsində deyil. Bu isə iki cür yozula bilər.Bir daha görünür ki, sözügedən missiya sülh aləti deyil. Çünki o, sülhə nə birbaşa, nə də dolayısı ilə kömək edir. Missiya daha çox təsir və mövcudluq aləti, həmçinin açıq şəkildə kəşfiyyat xarakterli mexanizm kimi çıxış edir.Azərbaycan tərəfi Missiyanı “görməməzlikdən gəlmək” mövqeyi tutur. Böyük sülh məsələlərinin həll olunduğu bir şəraitdə bu, əsaslandırılmış yanaşmadır. Karvan yoluna davam edir. Üstəlik, missiya Ermənistan ərazisində yerləşir və bu, onun problemidir.Diplomatik gündəlikdə olduğu kimi, qeyri-rəsmi danışıqlar çərçivəsində Ermənistan tərəfininmissiyanı uzatmamaq vədi verməsi də istisna deyil. Bu barədə yalnız danışıqlar aparan tərəflər məlumatlıdır və məsələ sülh üçün kritik əhəmiyyət daşımadığından, bu cür detalları ictimaiyyətə açıqlamaq üçün ciddi səbəb görmürəm.Amma , missiyanın mövcudluğu Avropa İttifaqının hazırkı formada olan sülh gündəliyini qəbul etmədiyinin göstəricisidir. Çünki o, ilk növbədə Ermənistana təsir imkanlarının azalması riskini görür.həm Avropa İttifaqı, həm də Ermənistan bu missiyanı artıq ehtiyac olmadığı üçün bağlamalı və bununla da sülhə dəstək nümayiş etdirməlidirlər. Vaxtilə Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamenti regionumuzda sülh şanslarına ciddi zərər vurublar. Bu addım isə bir növ “səhifəni çevirmək” və köhnə, uğursuz siyasətdən simvolik imtina etmək olardı.Nigar ArpadaraiMilli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
newscenter.az

1Mənbələr