AZ

“Xərçəng”ə qalib gəldi, meydana döndü

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

“Oklahoma-Siti”nin müdafiəçisi Nikola Topiç onkoloji xəstəlikdən tam müalicə kursunu arxada qoyandan sonra ilk dəfə G-liqanın oyununda parket üzərinə çıxıb. "Football-plus.az" xəbər verir ki, “Oklahoma-Siti Blyu”nun “Su-Fols Skayfors” ilə oyununda 16 dəqiqə ərzində 7 xal toplayan və 7 məhsuldar ötürmə verən basketbolçunun komandası overtaymda 137:135 hesabıyla qələbə qazanıb.“Oklahoma-Siti”nin baş məşqçisi Mark Deynqolt Topiçin dönüşünü belə şərh edib:

“Onun yenidən oynamasına görə qeyri-adi dərəcədə şadıq. Nikolanın bu anı necə həsrətlə gözlədiyini, bunun basketbolçu üçün psixoloji cəhətdən necə önəmli olduğunu bilirəm. Böyük uğurdu. Nikola son iki ildə o qədər çox oynamayıb, birillik bərpa dönəmindən sonra isə ciddi diaqnozla üzləşib və üç kimya terapiyası kursu keçib. Parket üzərinə dönməyi bacarması qeyri-adi uğurdu”.

20 yaşlı Topiç debüt mövsümü sayılan 2024/25-i xaçabənzər bağların qırılması üzündən buraxıb. Buna baxmayaraq, komandasının MBA çempionu olmasına görə verilən üzüyü alıb. Topiç MBA tarixinə rəsmi oyunda bir dəqiqə də meydanda olmadan çempionluq üzüyü alan ilk basketbolçu kimi düşüb. Ötən ilin oktyabrında isə serbiyalı basketbolçuya xaya xərçəngi diaqnozu qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
1
icma.az

2Mənbələr