Yazını böyüt
Yazını kiçilt
İtaliyanın Trapani şəhəri sahillərindən daha bir miqrantın cəsədi çıxarılıb.
Hafta.az İtaliyanın “Adnkronos” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyata sahil mühafizəsi əməkdaşları da cəlb olunub.
İlkin araşdırmada cəsədin miqranta aid olduğu qeyd edilib.
Son günlər oxşar hadisələr İtaliyanın Marsala və Pantelleria sahillərində də qeydə alınıb.
Xatırladaq ki, “Mediterranea Saving Humans” təşkilatı “Harri” siklonu zamanı Mərkəzi Aralıq dənizində yüzlərlə insanın itdiyini bildirib.