AZ

Qırğızıstanlı politoloq: C6 mexanizmi birgə irəliləyiş baxımından mühüm əhəmiyyət daşıyır

Bakı, 18 fevral, AZƏRTAC

C6 mexanizmi həm regionlarımız üçün, həm də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) doğru birgə irəliləyiş baxımından mühüm əhəmiyyət daşıyır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri C6 çərçivəsində əməkdaşlıq üçün həm siyasət, həm də strateji biznes aləti kimi çıxış edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstandan olan politoloq Şeradil Baktuqulov fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Şeradil Baktuqulov qeyd edib ki, beynəlxalq ictimaiyyət hazırda dayanıqlı inkişafa ciddi təhdid yaradan mürəkkəb və bir-biri ilə bağlı çağırışlarla üz-üzədir. Mərkəzi Asiyanın qapalı coğrafi mövqeyi ticarət, kommunikasiya, maliyyələşmə və qlobal bazarlara çıxış baxımından əlavə çətinliklər yaradır. Bu kontekstdə politoloq vurğulayıb ki, C6 formatı iki regionun liderləri arasında mövcud olan güclü siyasi bağların dərin iqtisadi inteqrasiyaya çevrilməsi üçün böyük potensiala malikdir. Onun sözlərinə görə, bu əməkdaşlıq modeli hər iki regionun xalqları üçün real faydalar yarada bilər. Ekspert C6 mexanizmini Mərkəzi Asiyada ortaq prioritetlərə və birgə həll yollarına əsaslanan yeni əməkdaşlıq dövrünün simvolu kimi dəyərləndirib.

Seçilən
76
2
azertag.az

3Mənbələr