AZ

Türkiyə NATO nun əsas müttəfiqidir

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

1952-ci ildə üzv olduğu NATO daxilində Türkiyə müdafiə qabiliyyətinə, eləcə də alyansın əməliyyatlarına və missiyalarına verdiyi töhfələrə görə seçilir. Məlumatı “Anadolu verib. 

Türkiyə İkinci Dünya Müharibəsindən sonra, 18 fevral 1952-ci ildə rəsmi olaraq NATO-ya qoşulub. 1952-ci ildə Yunanıstan və Türkiyənin qoşulması ilə NATO  üzvlərinin sayı 14-ə çatıb. Bu gün NATO-nun 32 üzv ölkəsi var və Türkiyə inkişaf etmiş hava, quru və dəniz imkanları ilə alyans missiyalarında və təlimlərində mühüm rol oynayır.

Müdafiə sənayesindəki son irəliləyişlər sayəsində Türkiyə NATO ölkələri arasında önəmli yerdədir. Ölkədə 3500-dən çox müdafiə şirkəti fəaliyyət göstərir, 29 müttəfiq Avropa ölkəsində isə bu rəqəm təxminən 2800-dür.

Türkiyə istehsalı olan hücum pilotsuz uçuş aparatlarının (PUA) hərbi uğuru qlobal diqqət cəlb edir. Müharibənin gedişatını dəyişdirmək qabiliyyəti ilə tanınan PUA sektoru ilə Türkiyə qlobal PUA bazarının təxminən 65 faizinə nəzarət edərək qlobal səviyyədə tanınıb. Ümumilikdə, Türkiyə 2020-2024-cü illər arasında müdafiə ixracına görə dünyada 11-ci yerdədir.

P.ƏMİRCANOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr