AZ

Tokayev Vaşinqtonda Sülh Şurasının təsis iclasında iştirak edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Qəzza üzrə Sülh Şurasının təsis iclasında iştirak etmək niyyətindədir.

Bu barədə "Report" Akordaya istinadən xəbər verir.

Məlumata görə, Tokayev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının iclasında iştirak etmək üçün fevralın 18-19-da Vaşinqtona işgüzar səfər edəcək.

"Sammitdə əsas diqqətin Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi məsələlərinə, regionda sülhün, təhlükəsizliyin və davamlı humanitar dəstəyin təmin edilməsi üzrə tədbirlərin hazırlanmasına yönəldiləcəyi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Kasım-Jomart Tokayev ABŞ-nin iri şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək", - Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatında deyilir.

Seçilən
84
far.az

1Mənbələr