AZ

Müəllim və şagirdlər “İdrak”ı tərk edir? – Açıqlama

Bakıda fəaliyyət göstərən “İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı müxtəlif iddialar yayılıb. Hadisədən sonra bəzi valideynlərin övladlarını liseydən çıxardığı barədə məlumatlar dolaşmaqdadır. 

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, liseydə iki müəllim də işdən çıxıb.

KONKRET.az bildirir ki, Modern.az yayılan xəbərlərə aydınlıq gətirmək üçün liseyin təsisçisi Mönsüm Alışovla əlaqə saxlamağa çalışıb. Bir neçə dəfə edilən cəhd və zənglərdən sonra onunla danışmaq mümkün olub.

Mönsüm Alışov səsləndirilən iddiaları təkzib edib və suallara geniş cavab verməkdən yayınıb.

“Valideynlər də gəldilər, hadisədir olub, heç bir problem yoxdur”, – deyə o bildirib.

Liseyin təsisçisi hadisə zamanı xəsarət alan müəllimin səhhəti ilə maraqlanıb-maraqlanmaması barədə sualımıza isə belə cavab verib:

“Müəllimin səhhəti ilə mən yox, rəhbərlik əlaqə saxlayıb. Xəstəxanadan çıxıb, yaxşıdır”, – deyə M.Alışov qeyd edib.

Hadisə zamanı zərərçəkən 29 yaşlı müəllimə Şəhla Kamilova ilə də əlaqə saxladıq. O isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, insident fevralın 6-da baş verib. Liseyin 10-cu sinif şagirdi Əli Şirinov təhsil müəssisəsinin ərazisində müəlliminə ov tüfəngi ilə atəş açıb.

Seçilən
12
3
konkret.az

4Mənbələr