AZ

Maduro işi üzrə məhkəmə iclasının tarixi dəyişdirildi

Venesuela prezidenti Nicolás Maduro ilə bağlı məhkəmə iclası təxirə salınıb. AzPost.az xəbər verir ki, bu barədə Univision Noticias məlumat yayıb.

Məlumata görə, ilkin olaraq dinləmə martın 17-nə təyin edilmişdi. Lakin müdafiə tərəfinin müraciətindən sonra iclasın keçirilmə vaxtı dəyişdirilib və yeni tarix martın 26-sı müəyyənləşdirilib.

Bildirilib ki, ittiham tərəfi planlaşdırma və təşkilati məsələlərlə bağlı çətinliklərin yarandığını qeyd edib. Bundan sonra tərəflər razılığa gələrək iclasın başqa günə keçirilməsinə qərar veriblər. Növbəti dinləmə ABŞ-ın Nyu-York şəhərində federal məhkəmədə baş tutacaq.

Bundan əvvəl Venesuela hakimiyyət nümayəndəsi Delcy Rodríguez verdiyi açıqlamada Maduronun qanuni dövlət başçısı olduğunu bildirib və onun günahsız olduğunu vurğulayıb.

Seçilən
42
1
azpost.info

2Mənbələr