Bəs, nə işlə məşğuldu? Məşqlərini davam etdirirmi? MLS təmsilçisinin düşərgəsinə qoşulmaqı üçün viza almaq prosesi nə vaxt yekunlaşacaq?
Bu sualları 21 yaşlı futbolçunun meneceri Tural Əsgərliyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Bəli, Nəriman Bakıdadı. Məşqlərini “Qarabağ”ın düşərgəsində davam etdirir. Buna görə kluba təşəkkür edirən. Çünki Nərimanın “Kolambus Kryu”nun xüsusi proqramı əsasında məşq etməsinə şərait yaradılıb. Klublar bir-biriylə əlaqədədi. Nərimanın fevralın sonlarında ABŞ-yə yollanacağı gözlənilir”.
Xatırladaq ki, “Kolambus Kryu” Nərimanla 3,5 illik müqavilə imzalayıb.
KƏNAN BAHADIR