AZ

“AYNA MaaS” tətbiqi bir qədər də təkmilləşdirildi

Nəqliyyat növlərindən istifadə ilə bağlı seçimimkanlarını təmin etmək və xidmətlərin əlçatanlığınıartırmaq məqsədilə təqdim edilən “AYNA MaaS”tətbiqi bir qədər də təkmilləşdirilib. Metbuat.az xəbər verir ki, artıq tətbiqdə istiqamət nömrəsi (direction number) göstərilmir, yalnız marşrut nömrəsi əks olunur. Bu dəyişiklik istifadəçilər tərəfindən marşrut seçimizamanı yaranan çətinlikləri aradan qaldırmaq üçünedilib. İndi istiqamət barədə məlumat sistemdaxilində qorunur, istifadəçi interfeysindəki əlavənömrələnmə isə ləğv olunub. Avtobus həkəti isədaha axıcı və aydın əks olunur. Həmçinin sistem tərəfindən göstərilən vaxtların hansıəsasla hesablandığı daha aydın formada təqdimolunur. Əgər gəliş vaxtı real zaman (GPS) məlumatına deyil, marşrutun intervalına əsaslanırsa, bu hal istifadəçiyə aydın şəkildə bildirilir. İstifadəçiartıq “təxmini” ilə “real” arasındakı fərqi görür.Bu yenilik məlumatı daha düzgün qiymətləndirməyəvə planlamanı daha rahat aparmağa imkan yaradır. Yəni, istifadəçi real rejimdə avtobuslarındayanacağa yaxınlaşmasını hətta evdən çıxmadanbelə izləyə bilir, səfərini ona uyğun planlaşdırır, bununla da vaxtına qənaət etmiş olur. Artıq “AYNA MaaS” bu yeniliklə istifadəçiyə sadəcə marşruttəqdim etmir, qərar vermək üçün aydın və etibarlıməlumat təqdim edir.Təkmilləşdirmə nəticəsində istifadəçi artıq xəritədəseçilən dayanacaq üzrə həmin məntəqədən keçənbütün marşrutları bir ekranda görə bilir. İstifadəçilər marşrut nömrəsini və adını, hərəkətistiqamətini (başlanğıc və son dayanacaq), marşrutun uzunluğunu, daşıyıcı məlumatını aydınformada görə bilirlər və ən rahat istiqaməti dahasürətli seçmək imkanı əldə edirlər. Bu yenilik vətəndaşlara seçdikləri dayanacaq üzrədaha dolğun məlumat əldə etməyə və səfərlərinidaha düzgün planlamağa imkan yaradır.Bundan sonra istifadəçilər yalnız cari vaxt üçün deyil, gələcək tarixlər üçün də səfər planlaşdıra biləcəklər. “Date-time” bölməsi vasitəsilə evdən çıxmadan, hətta7 gün sonrakı səfəri əvvəlcədən təşkil etməkmümkündür. Bu funksiya səfəri əvvəlcədənplanlaşdırmaq və vaxtı daha səmərəli idarə etməkimkanı yaradır.Qeyd edək ki, “AYNA MaaS” tətbiqi istifadəçilərinistəkləri əsasında daim təkmilləşdiriləcək. İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdəngöndərə bilərlər. Mobil tətbiqi həm App Store, həm də Google Play Store-dan yükləməkmümkündür.

Video üçün keçid:

Seçilən
111
50
metbuat.az

10Mənbələr