AZ

ÇL: Pley off mərhələsində ilk oyunlara yekun vurulur

ain.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma keçiriləcək.

Günə Bakıda start veriləcək. Azərbaycan çempionu “Qarabağ” İngiltərə “Nyukasl”ını qonaq edəcək. Oyunun start fiti 21:45-də səslənəcək.

Digər üç qarşılaşma eyni vaxtda başlayacaq. "İnter” Norveçdə “Budyo-Qlimt”lə, “Atletiko Madrid” Belçikada “Brügge”ylə, “Bayer Leverkuzen” isə Yunanıstanda “Olimpiakos”la üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qalatasaray" "Yuventus"u 5:2, "Real Madrid" "Benfika"nı 1:0, "Borussiya Dortmund" "Atalanta"nı 2:0, PSJ isə "Monako"nu 3:2 hesabı ilə üstələyib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

18 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

00:00. "Budyo-Qlimt" (Norveç) - "İnter" (İtaliya)

00:00. "Brügge" (Belçika) - "Atletiko Madrid" (İspaniya)

00:00 "Olimpiakos" (Yunanıstan) - "Bayer Leverkuzen" (Almaniya)

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
fanat.az

2Mənbələr