AZ

Şiri Şiriyev: C6 formatı regional qarşılıqlı fəaliyyətin tarixində yeni səhifə açır

BAKI, 18 fevral. TELEQRAF

Azərbaycanın Mərkəzi Asiya liderlərinin Məsləhət platformasına qoşulması regionun gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edir və əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyur.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, C6 formatı təkcə dialoq meydançası deyil, həm də qlobal qeyri-sabitlik şəraitində birgə həll yolları tapan və dayanıqlı iqtisadi əlaqələr quran canlı bir mexanizmdir: “Trans-Xəzər dəhlizləri, energetika və ekoloji çağırışlar sahəsində əlaqələndirilmiş fəaliyyət bu gün hər zamankından daha aktualdır”. Şiri Şiriyev, həmçinin ekspert icmasının intellektual dəstəyinin və ortaq gündəliyin formalaşdırılmasının vacibliyini xüsusi vurğulayıb.

Seçilən
55
teleqraf.com

1Mənbələr