Bakı. Trend:
Azərbaycan Balkan dövlətlərinin əksəriyyəti, o cümlədənkeçmiş Yuqoslaviya respublikaları ilə sıx siyasi-iqtisadi vəmədəni-humanitar əlaqələrə malikdir. Bu sırada respublikamızınSerbiya ilə münasibətləri xüsusilə fərqlənir. Belə ki, AzərbaycanlaSerbiya etibarlı strateji tərəfdaşlar olmaqla yanaşı, həm də bütünsiyasi və iqtisadi müstəvilərdə bir-birlərinin maraqlarınıqətiyyətlə müdafiə edən dost dövlətlərdir.
Azərbaycan-Serbiya əlaqələrindən bəhs edərkən, əlbəttə ki, ikidövlətin prezidentləri arasındakı səmimi və qarşılıqlı anlaşmayaəsaslanan dostluğu xüsusi qeyd etməliyik. Çünki məhz prezidentlərindostluğu dövlətlərarası münasibətlərin də inkişaf edərək, ən yüksəksiyasi səviyyəyə çatmasına, dostluğa çevrilməsinə və dərin stratejiməzmun kəsb etməsinə səbəb olub. Fevralın 15-də Serbiyaya rəsmisəfərə gələn Prezident İlham Əliyevin hava limanında SerbiyaPrezidenti Aleksandar Vuçiç tərəfindən şəxsən qarşılanması və yolasalınması, o cümlədən Prezident İlham Əliyevin təyyarəsini Serbiyaqırıcılarının müşayiət etməsi iki dövlətin və onların rəhbərlərinindostluğunun növbəti təcəssümünə çevrildi. Xatırladım ki, Prezidentİlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi səfərizamanı da Prezident təyyarəsini bu ölkənin qırıcıları müşayiətetmişdilər. Qonaq prezidentə ehtiram nümunəsi kimi motosikletçilərdəstəsinin, atlıların müşayiət etməsi protokolda tez-tez rastgəlinən hadisədir. Lakin qırıcıların havalandırılması qarşılanmaprotokolunda çox nadir hallarda olur. Göründüyü kimi, Prezidentİlham Əliyev Serbiyaya hər səfərində dost kimi ən yüksək ehtiramlaqarşılanır və yola salınır.
İki dövlət arasındakı əlaqələrə gəldikdə, Azərbaycan və Serbiyadərin strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrdir.2013-cü ilin fevral ayında “Azərbaycan Respublikası və SerbiyaRespublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıqhaqqında Bəyannamə”, 2018-ci ilin may ayında “Strateji tərəfdaşlıqüzrə Birgə Fəaliyyət Planı”, 2022-cü ilin noyabr ayında isəStrateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumimzalanıb. Azərbaycanla Serbiya arasında ümumilikdə 57 sənədinimzalanması onu deməyə əsas verir ki, əməkdaşlığın güclü hüquqibazası formalaşıb.
Strateji tərəfdaşlığın və yüksək siyasi dialoqun nəticəsidir ki,Azərbaycanla Serbiya arasındakı əməkdaşlıq əlaqələrinin əhatədairəsi olduqca genişdir. Qarşılıqlı dəstək və etimad kimi sağlamtəməllər üzərində qurulmuş bu əməkdaşlıq ötən illərdə hərtərəfliinkişaf edib və məzmunca zənginləşib. Bunu fevralın 15-də Belqraddaprezidentlərin iştirakı ilə keçirilən Azərbaycanla Serbiya arasındaStrateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında müzakirə olunanməsələlər və mətbuata verilən bəyanatlar da təsdiq edir. Belə ki,iclasda energetika, investisiyalar, bərpaolunan enerji, turizm,kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıqməsələləri müzakirə olundu. Prezident İlham Əliyevin qeyd etdiyikimi biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıxişləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçünvacib layihələr icra edirik.
Son beş ildə Azərbaycanla Serbiya arasında xarici ticarətdövriyyəsi 15 dəfə artaraq 2025-ci ilin yekununda 135 milyondollara çatıb. Bu da təsdiq edir ki, dövlət başçılarının siyasiiradəsinin və strateji tərəfdaşlığın nəticəsi olaraq iki ölkəarasında əməkdaşlıq olduqca dinamik şəkildə inkişaf edib. Əlbəttəki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfərinin nəticəsiolaraq ikitərəfli əlaqələrdə yeni əməkdaşlıq sferaları yaranacaq,qarşılıqlı ticari-iqtisadi dövriyyənin həcmi artacaq. Prezidentİlham Əliyevin Belqradda mətbuata açıqlamasında toxunduğuməsələlər, xüsusən, Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayəyatırmağa hazır olduğunu bəyan etməsi də göstərir ki, iqtisadidövriyyə həm məzmunca, həm də həcmcə daha da yüksələcək. Eləcə dəbu ilin may ayından etibarən “Air Serbia” vasitəsilə Belqradla Bakıarasında birbaşa reysin açılmasının planlaşdırılması turizmininkişafına töhfə verəcək.
Serbiya Azərbaycanın təbii qaz ixrac etdiyi 16 dövlətdənbiridir. Ümumiyyətlə, iki dövlətin energetika sahəsində əlaqələriçoxşaxəli formatda inkişaf edir. Prezident İlham Əliyevin Belqradasəfəri zamanı isə dövlət başçıları təbii qazın ixracının həcmininartırılması barədə razılığa gəliblər. Respublikamızdan ixrac olunantəbii qaz Belçikada tikintisi planlaşdırılan 500 meqavatlıqelektrik enerjisi stansiyasının fəaliyyətini də təmin edəcək.Azərbaycanın yaxından dəstəyi ilə inşa olunacaq bu elektrikstansiyası respublikamızın son illərdə Avropada yatırdığı əsasinvestisiya qoyuluşlarından biri olacaq. Bu elektrik stansiyasınıninşası göstərir ki, Azərbaycanla Serbiya arasında enerji sferasındaəməkdaşlıq yalnız təbii qazın ixracı ilə məhdudlaşmayacaq. Buəməkdaşlıq birgə istehsal kimi vacib sahəni də əhatə edəcək.Bununla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi,Azərbaycan bərpa olunan enerji stansiyalarının tikintisi sahəsindədə Serbiya ilə əməkdaşlıq etməyə hazırdır.
Ümumiyyətlə, Belqradda müzakirə olunan məsələlər, prezidentlərinmətbuata birgə bəyanatlarında səsləndirilən fikirlər AzərbaycanlaSerbiya arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəmqoymasından xəbər verir. Bu bəyanatlar göstərir ki, tərəflər yalnızmövcud layihələrin icrası ilə kifayətlənməyərək, həm dəuzunmüddətli inkişafın və nəticəyönümlü əməkdaşlığın trayektoriyasıüzrə birgə yol xəritəsini müəyyən ediblər. Eyni zamanda, mətbuatabəyanatla çıxışlarda toxunulan məsələlər göstərir ki,Azərbaycan-Serbiya tərəfdaşlığı sıradan ikitərəfli siyasi-iqtisadimünasibətlər deyil. Çünki bu tərəfdaşlıq enerji təhlükəsizliyi,investisiya əməkdaşlığı və geoiqtisadi inteqrasiya kimi millimaraqlar müstəvisində formalaşan məsələləri ehtiva edir.
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkəninstrateji tərəfdaşlığının, o cümlədən, dövlət başçıları arasındakısəmimi dostluq münasibətlərinin növbəti təzahürü oldu. Məlum olduğukimi, bu səfər həm də Serbiyanın milli bayramı olan DövlətçilikGününə təsadüf etdi. Prezident İlham Əliyevin bildirdiyi kimi,Azərbaycan və Serbiya dost ölkələrdir, bu dövlətin milli bayramgünündə rəsmi səfərin baş tutması yüksək münasibətlərintəzahürüdür.
Bu səfər bir daha təsdiqlədi ki, Serbiya AzərbaycanınBalkanlardakı yaxın dostu və etibarlı strateji tərəfdaşıdır.Belqradda aparılan müzakirələr, paraflanan sənədlər münasibətlərinmövcud inkişaf dinamikasını əks etdirməklə, yeni stratejiməqsədlərin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.Ali səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları arasındakı fəalsiyasi dialoq Azərbaycan-Serbiya əlaqələrini bundan sonra dagücləndirəcək, əlaqələrin sürətlə inkişafına və stratejitərəfdaşlığın daha da möhkəmlənməsinə böyük töhfə verəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı