Həkim-dietoloq Sergey Malozyomov kivini qabığı ilə yeməyin gözlənilməz faydasını açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə aif.ru saytına müsahibəsində danışıb.
Mütəxəssis bildirib ki, kivi qabığında bağırsaqların düzgün fəaliyyəti üçün vacib olan lif (sellüloza) meyvənin iç hissəsi ilə müqayisədə daha çoxdur. Bu isə həzm sisteminin yaxşı işləməsinə kömək edir.
Bundan əlavə, kivi qabığı beyin və ürək fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan fol turşusu ilə zəngindir. Həmçinin onun tərkibində immun sistemini gücləndirən və dərinin sağlamlığını qoruyan C və E vitaminləri də yüksək miqdardadır.
Həkim qeyd edib ki, kivini qabığı ilə yeməzdən əvvəl onu yaxşıca yumaq və səthindəki tükləri təmizləmək vacibdir.
Aytəkin TOFİQQIZI