AZ

“YouTube” bir sıra ölkələrdə nasazlıqla üzləşib

Bir neçə ölkədə YouTube platformasının işində problem yaşanıb, bu barədə Downdetector məlumat yayıb.

Məlumata görə, ən çox şikayət  ABŞ-dən daxil olub və 20 mindən çox istifadəçi nasazlıq barədə məlumat verib.

Şikayətlərin 56%-i tətbiqin ümumiyyətlə işləməməsi ilə bağlı olub, 18% saytın fəaliyyəti, 16% isə videoların axınla izlənməsi ilə əlaqədar olub.

Böyük Britaniyada 37 mindən çox, Almaniyada təxminən 7 min, İtaliyada isə 5 mindən çox istifadəçi nasazlıqdan şikayət edib. Kəsintilər Fransa daxil olmaqla digər Avropa ölkələrində də qeydə alınıb.

N.Təbrizli

Seçilən
34
2
anews.az

3Mənbələr