futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Qarabağ” bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununa çıxacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Nyukasl”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.
İngiltərə Premyer Liqasında 26 turda 36 xal toplayan “Nyukası” 10-cu sıradadır. Son beş oyunda 1 qələbə qazanan “sağsağanlar” avrokuboklara vəsiqə verən beşinci sıradan 8 xal geridədir. “Nyukasl” 26 oyunda 10 qələbə qazanıb, 10 dəfə uduzub. Komandanın vurduğu və buraxdığı qol sayı da eynidir – 37/37.
Ayın əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra əvvəlcə Premyer Liqada “Tottenhem”i, daha sonra İngiltərə Federasiya Kubokunda “Aston Villa”nı səfərdə məğlub edən “Nyukasl” yaxşı formadadır. Eddi Haunun komandası liqada ən güclü pressinq edən kollektivlərdəndir. Komanda məhz bunun hesabına bu mövsüm ən çox qolu birinci hissədə vurub. “Sağsağanlar”ın səfər statistikası isə elə də ürəkaçan deyil. Komanda Premyer Liqada 13 səfər matçında cəmi 3 qələbə qazanıb, dəfə uduzan komanda 4 dəfə də heç-heçə edib.
“Nyukasl” bu mövsüm Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkir. İngiltərə təmsilçisi Liqa mərhələsini 12-ci sırada bitirib. 8 oyunda 4 qələbə qazanan ingilislər 2 dəfə uduzub, 2 dəfə heç-heçə edib. Komanda bu görüşlərdə 17 qol vurub, 10-nu buraxıb.
“Nyukasl”ın heyətində bu mövsüm ən çox qol vuran Bruno Gimarayşdır – 9 qol. Braziliyalı yarımmüdafiəçi hazırda zədəlidir və “Qarabağ”la matçlarda forma geyinməyəcək. Komandanın əsas qol ümidi isə Nik Voltemaddır. Alman forvard hündür boyu ilə xüsusən standart vəziyyətlərdə daha təhlükəlidir. Voltemad eyni zamanda rəqib müdafiəsində hərəkətliliyi ilə seçilir.
Komandanın orta xətti də öz gücü ilə fərqlənir. İtaliyalı yarımmüdafiəçi Sandro Tonali və Ceykob Remzi ikitərəfli yaxşı oynamağı bacarır. Orta xətt oyunçuları həm müdafiədə, həm də hücuma çıxan zaman sürəti ilə fərqlənir.
“Nyukasl” bundan öncə sonuncu dəfə 2002/03 mövsümündə Çempionlar Liqasında oynayıb. Komandanın uzun müddət sonra yarışa qatılması “sağsağanlar”ı daha arzulu edir. Premyer Liqada orta sıralarda qərarlaşan komanda üçün bu mövsüm pley-offlara qalmaq da ciddi uğurdur.
Şahin Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.